`Lapşinin ekstradisiyası başqaları üçün dərs olacaq` - Qazaxıstanlı ekspert


17:55     09 Fevral 2017 askar_kimran_090217.jpg

Aleksandr Lapşinin ekstradisiyası başqaları üçün dərs olacaq ki, rəsmi Bakının icazəsi olmadan işğal olunmuş ərazilərə getmək olmaz və Azərbaycan dövlətinə hörmət etmək lazımdır.


Bu barədə qazaxıstanlı ekspert Əskər Kumıran sosial şəbəkədəki səhifəsində yazıb.

Ekspert bildirib ki, bu cəzanı Bakıya məlumat vermədən Qarabağa gedən bəzi Qazaxıstan vətəndaşlarına, jurnalistlərə və kino xadimlərinə də vermək olar.

Ə.Kumıran bloger Lapşinin Azərbaycanın işğal olunmuş ərazilərinə getdikdən sonra Azərbaycan paytaxtına gəldiyini və dövlətə qarşı ələ salan yazılar yazdığını xatırladıb:

“Nəticədə Azərbaycan təxribatçını beynəlxalq axtarışa verib. Belarusda saxlandıqdan sonra bütün Rusiya bloq dünyasının etirazlarına baxmayaraq, belaruslular beynəlxalq hüquq normalarına əməl etməklə təxribatçı blogeri Azərbaycana təhvil verib”.

Femida.az

Açar sözlər:

Oxunub: 2125